Qəbul günləri
Yeni növ koronavirus (“COVID-19”) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2020-ci il yanvar ayından zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmışdır.
Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə 17 Mart 2020-ci il tarixli Təlimatında vətəndaş qəbulları ilə əlaqədar aşağıdakı qaydalara riayət edilməsi tapşırılmışdır:
- qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınsın;
- yerlərdə səyyar qəbulların keçirilməsi təxirə salınsın;
- vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;
- vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;
- mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;
- görülən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin olunsun;
- mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.