MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI
860 Gender- əsaslı zorakılıqla bağlı Qaynar Xəttin fəaliyyətinə dair xülasə
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Qaynar Xətt pilot layihəsinin icrasına başlanmışdır. Pilot layihə olan 860 Gender-əsaslı zorakılıqla bağlı Qaynar Xətt 01.11.2020-ci ildən fəaliyyətə başlayıb, 01.12.2020-ci ildən etibarən məişət zorakılığından zərər çəkən şəxslərin zənglərini qəbul edir. Qaynar Xəttin icrası “Genesis Psychology” təşkilatı tərəfindən həyata keçirilir. Qaynar Xəttin heyəti 1-i menecer, 3-ü operator olmaqla 4 nəfərdən ibarətdir. Pilot layihə çərçivəsində operatorlar tərəfindən zənglər 09:00-18:00 arası qəbul edilir.
860 Gender-əsaslı zorakılıqla bağlı Qaynar Xəttin məqsəd və vəzifələri:
Məqsəd:
Zəng edən şəxsi məlumatlandırmaqla yanaşı, onu dəstəkləmək, mümkün həll yollarına istiqamətləndirmək və təlimatlarla təmin etməkdir.
Vəzifələr:
1) Məişət Zorakılığını qiymətləndirilmək;
2) Böhrana müdaxilə və şəxsi təhlükəsizlik planlaşdırılmasını həyata keçirmək;
3) Məişət Zorakılığı haqqında maarifləndirmək;
4) Zəng edən şəxsə xidmət təminatçıları ilə bağlı məlumat vermək;
5) Konsultanta yönləndirmək.
Məişət zorakılığı ilə bağlı məlumatlandırma kitabçası
Məişət zorakılığı cinayət qanununda necə tənzimlənə bilər. Beynəlxalq təcrübələrdən nümunələr
Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri
Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları