ƏS A S N A M Ə

                                                                                        I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) ailə, qadın və uşaq problemləri ilə iş sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Komitə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını,

Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Komitə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Komitənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Komitə Bakı şəhərində yerləşir

                                                                                                II. KOMİTƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Komitənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafını təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

                                                                                                 III. KOMİTƏNİN VƏZİFƏLƏRİ

8. Komitə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. öz səlahiyyətləri daxilində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, xüsusilə uşaq və qadın hüquqlarının

həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

8.1-1. uşaq hüquqlarını müdafiə etmək;

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3. müvafiq sahə üzrə dövlət proqramları layihələrinin işlənib hazırlanmasında iştirak etmək;

8.4. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

                                                                                              IV. KOMİTƏNİN HÜQUQLARI

9. Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

9.2. öz səlahiyyətləri daxilində müvafiq sahə üzrə vahid informasiya sistemini yaratmaq;

9.3. gender prinsiplərini həyata keçirmək istiqamətində kişilər və qadınlarla sistemli iş aparmaq;

9.4. minilliyin inkişaf istiqamətləri sahəsində, yoxsulluğun azaldılması, məşğulluq strategiyası üzrə dövlət

proqramlarının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;

9.5. sağlam ana, sağlam uşaq prinsiplərini həyata keçirmək, uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması

 istiqamətində hüquqi biliklərin öyrənilməsini təmin etmək;

9.6. dövlət qadın siyasətinin həyata keçirilməsi, uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, onların

hüquqlarının və qanuni mənafelərinin qorunması, sosial müdafiəsi istiqamətində normativ hüquqi aktlarla müəyyən

olunmuş vəzifələrin strukturuna daxil olan bölmələr tərəfindən yerinə yetirilməsinə nəzarət etmək, aidiyyəti dövlət

orqanlarından həmin istiqamətdə olan vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatlar almaq;

9.7. istehsalatda işləyən qadınların hüquqlarının qorunması üçün öz səlahiyyətləri daxilində müvafiq orqanlarla

birlikdə tədbirlər görmək, zərurət yarandıqda, onların hüquqlarını pozan vəzifəli şəxslər haqqında müvafiq tədbirlərin görülməsi üçün

aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaq;

9.8. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilər və vətəndaşlığı olmayan

şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyən etmək;

9.9. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.10. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.11. müvafiq sahəyə dair dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar

(sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət

orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.13. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar

hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.14. müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması və ixtisasının artırılması, o cümlədən Komitənin işçilərinin

peşəkarlıq səviyyəsinin artırılması üçün tədbirlər görmək;

9.15. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.16. müvafiq sahədə müxtəlif treninq, kurs, seminar və digər tədbirləri təşkil etmək;

9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq , internet saytı

yaratmaq və ondan istifadə etmək;

9.18. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.19. müvafiq sahə üzrə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsinə dair təkliflər vermək;

9.20. müvafiq sahəni işıqlandıran televiziya və radio verilişlərinin layihələrini hazırlayıb həyata keçirmək;

9.21. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı

 barəsində hüquqları həyata keçirmək;

9.22. Komitənin xüsusi fərqlənmiş işçilərini müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının fəxri adlarına və

dövlət mükafatlarına təqdim etmək;

9.23. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

                                                                                        V. KOMİTƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Komitənin aparatı, tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) və Naxçıvan Muxtar

Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Komitənin vahid sistemini təşkil edir. Komitə öz fəaliyyətini aparatı,

tabeliyində olan qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) və Naxçıvan Muxtar Respublikasının

 Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vasitəsilə həyata keçirir.

11. Komitənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan

Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Komitənin strukturuna daxil olmayan tabeliyindəki qurumların

(hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Komitənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən

Komitənin sədri rəhbərlik edir. Komitənin sədri Komitəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların

həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Komitə sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki

müavini vardır.

Komitə sədrinin müavini ona sədr tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən

məsuliyyət daşıyır.

14. Komitənin sədri:

14.1. Komitənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Komitənin aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edir , tabeliyində olan hüquqi şəxslərin

nizamnamələrini təsdiq edilmək üçün təqdim edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Komitənin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış

 büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

 

  Azərbaycan Respublikası    Prezidentinin 2006-cı il 9 avqust tarixli, 444 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.