UŞAQ SİYASƏTİ
Uşaq Problemləri şöbəsinin fəaliyyəti haqqında məlumat:
Şöbənin əsas fəaliyyəti:
- Uşaq məsələlərini özündə əks etdirən Dövlət Proqramlarının layihələrinə rəy və təkliflərin verilməsi, həmçinin Dövlət Proqramlarının icra edilməsi
- Dövlət uşaq müəssisələrində uşaqların vəziyyətinə dair monitorinqlər in keçirilməsi
- Uşaq məsələləri ilə bağlı şöbəyə daxil olan vətəndaş müraciətlərinin araşdırılması, məsləhətlərin verilməsi, müvafiq köməklik göstərilməsi
- Uşaq hüquqlarının təmin olunma səviyyəsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq tədqiqatların aparılması
- Uşaq hüquqlarının müdafiəsi sahəsində mütəxəsislərə və uşaqlara mütəmadi olaraq təlim və tədbirlərin keçirilməsi
- Azərbaycan Uşaqlarının Forumlarının keçirilməsi
- Uşaq problemlərinin ayrı-ayrı sahələri üzrə ictimai maarifləndirmə kampaniyalarının təşkil edilməsi, sosial çarxlar, buklet və digər təbliğat vasitələrinin hazırlanması
- Xüsusi kateqoriyadan olan (valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan) uşaqların problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi
- Hər il Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “İstedadlı uşaqlar festivalı”nın keçirilməsi