Beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq
MEMORANDUM VƏ SAZİŞLƏR
-
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə İordaniya Haşimilər Krallığının Qadın Məsələləri üzrə Milli Komissiyası arasında əməkdaşlıq haqqında 2014-cü il oktyabrın 20-də Bakı şəhərində imzalanmış Memorandum
-
30 yanvar 2007-ci il tarixində Fransa Respublikası Əmək, Sosial Bərabərlik və Yaşayış Nazirliyi ilə əməkdaşlıq haqqında İnzibati Razılaşma” imzalanmışdır.
-
26 yanvar 2010-cu il tarixində Küveyt Dövlətinin Qadın məsələləri üzrə Komitəsi ilə qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
-
3 iyun 2010-cu il tarixində Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında Saziş imzalanmışdır.
-
15 iyun 2010-cu il tarixində Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Nazirliyi ilə ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum”u imzalanmışdır.
-
25 oktyabr 2011-ci il tarixində Türkiyə Respublikası Hökuməti ilə ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu imzalanmışdır.
-
29 avqust 2012-ci il tarixində Latviya Respublikasının Rifah Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalanmışdır
Tvinninq layihələri haqqında qısa məlumat
Tvinninq proqramı Avropa Komissiyasının təşəbbüsüdür və 1998-ci ildə Avropa İttifaqının (Aİ) genişlənməsinə hazırlıq kontekstində başlamışdır. Bu, ilk öncə Avropa İttifaqının gələcək üzvləri kimi namizəd ölkələrə İttifaqın qanunvericiliyinin həyata keçirilməsi imkanlarının gücləndirilməsi üçün yardım etmək məqsədilə yaradılmış inzibati əməkdaşlıq vasitəsi kimi qəbul edilmişdir.
2003-cü ilin sonlarından etibarən bu imkan yeni müstəqillik qazanmış ölkələr və Aralıq dənizinin cənub regionu ölkələri üçün də açılmışdır. Bu kontekstdə onlar Avropa Qonşuluq Siyasəti üzrə fəaliyyət planlarını həyata keçirən instrumentə çevrildilər.
Bu məlumatın hazırlandığı vaxtda bu layihə də daxil olmaqla Azərbaycanda 11 Tvinninq Layihəsi həyata keçirilir.
- Benefisiar tərəf: Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK).
- Tərəfdaşlar: Fransa Respublikası AQUPDK ilə birlikdə layihəni həyata keçirmək üçün digər Aİ ölkələri arasından seçilmişdir. Fransa Respublikası tərəfdən layihəyə cəlb olunan müəssisələr:
- Donor: Avropa İttifaqı
- Qanunvericilik
- 2010-ci ildə qəbul edilmiş məişət zorakılığına qarşı mübarizə haqqında yeni qanunun həyata keçirilməsinin dəstəklənməsi
- Peşəkar bacarıqların artırılması
- Məlumatlandırmanın artırılması
- Azərbaycan Respublikası tərəfdən layihə rəhbəri: xanım Hicran HÜSEYNOVA, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
- Fransa Respublikası tərəfdən layihə rəhbəri: xanım Marie KEIRLE, Sosial Birlik üzrə Baş Direktorluğun Avropa və Beynəlxalq Məsələlər Departamentinin rəhbəri