“Erkən nikahlara son!” adlı maarifləndirici tədbir keçirildi

12 February 2018

Share:

7 fevral 2018-ci il tarixində saat 15.00-da Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 114 saylı
məktəbdə direktor, şagird, müəllim və valideyn kollektivinin iştirakı ilə “Erkən nikahlara
son!” adlı maarifləndirici tədbir həyata keçirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini
Sədaqət Qəhrəmanova, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Afət
Həsənova, AMEA-nın Siyasətin fəlsəfəsi şöbəsinin müdiri Rəna Mirzəzadə, Suraxanı
Rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, İmam Cümə Məscidinin Dini İcmasının
sədri Hacıbala Eyvazov, Əmircan qəsəbəsi İmam Cümə Məscidinin axundu Rəhim
Kərimov çıxış edib.
Tədbirdə erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan
qaldırılması yolları, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığına qarşı
mübarizə yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, Komitə və İcra
Hakimiyyəti tərəfindən həyata keçirilən müvafiq layihələr barədə məlumat verilib.
Tədbirdə erkən nikah mövzusuna həsr olunmuş video-çarx nümayiş etdirilib.
Sonda qonaqlar tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və
mövzu ətrafında müzakirələr aparılıb.