Ruslan Səfərov

6 December 2017

Share:

Qusar rayonundan olan 6 yaşlı “gənc riyaziyyatçi” Ruslan Səfərov Rusiya "Rossiya 1" telekanalında efirə çıxan və insanların xüsusi, heyrətləndirən bacarıqlarını nümayiş etdirdikləri "Heyrətamiz adamlar" televiziya layihəsinə  qatılaraq, münsifləri və izləyiciləri özünün unikal riyazi bacarığı ilə təəccübləndirə bilib. O, ən çətin riyazi misalları belə heç bir xüsusi vasitədən, hətta kağız və qələmdən belə istifadə etmədən şifahi hesablamalarla həll edə bilir.  Canlı efir zamanı müsiflərdən biri ekrandakı misalları hesablayıcı köməyi ilə həll etməyə çalışıb. Ruslan isə monitordakı kökaltı, alqoritmlərdən istifadə edilən ən mürəkkəb misalları şifahi həll edib. Maraqlıdır ki, qarşı tərəf misalı yazmağa belə imkan tapmamış Ruslan doğru cavabları səsləndirib. Ruslan özü isə proqramçı olmaq arzusundadır.