Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Türkiyədə səfərdədir

4 December 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 5 dekabr 2017-ci il tarixində Türkiyədə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən “2-ci Beynəlxalq İş-də Qadın Zirvəsi” adlı sammitdə iştirak edir.

Sammitdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, dörd qitədən nazir, investor qadınlar və elm sahəsində çalışan şəxslər iştirak edəcəkdir.

Sammitdə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Respublikası Ədalət və İnkişaf  Partiyasının qadın qolları başqanlığının sədri L.Selva Çam və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın çıxışı nəzərdə tutulmuşdur.

Eyni zamanda, “Türkiyədə və dünyada qadın məşğulluğunun artırılmasına yönəlmiş çalışma modelləri, iş dünyasında gender bərabərliyini təmin etməyə dair hüquqi baza və Qadın sahibkarlığı nümunələri” adlı bölmə müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edəcəkdir. Çıxış zamanı Azərbaycanda həyata keçirilən dövlət qadın siyasətinin inkişaf istiqamətləri üzrə ətraflı məlumat tədbir iştirakçılarının diqqətinə çatdırılacaqdır.

Sammit çərçivəsində müxtəlif ölkələrdən dəvət olunan iştirakçılarla öz regionlarındakı mövcud problemləri, onların xüsusi yanaşmalarının və qadının statusunun çoxtərəfli inkişafı ilə bağlı tətbiq vasitələrinin ümumi platformada müzakirə edilməsi nəzərdə tutulur.