Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə tədbiri

22 November 2017

Share:

Erkən nikahların qarşısının alınması məqsədilə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi noyabrın 22-də rayonun Talışkənd orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir. Tədbirdə Hacıqabul UADM-nin direktoru, məktəbin direktoru, Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin nümayəndələri və məktəblilər iştirak etmişdir. 

Tədbirdə erkən nikahın təhsilə və ümumilikdə cəmiyyətə vurduğu mənfi təsirlərdən danışılmışdır. 

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı və onlara mövzu ilə bağlı maarifləndirmə materialları paylanıldı.