Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Yaxın qohumlar arasında bağlanan nikahların qarşısının alınması “ mövzusunda tədbir keçirilmişdir

24 October 2014

Share:

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 24 oktyabr 2014-cü il tarixində “Yaxın qohumlar arasında bağlanan nikahların qarşısının alınması “ mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Qəbələ UADM-in direktoru Rəna Mahmudova bu sahədə əhali ilıə aparılan maarifləndirmə İşlərindən danışmış, qan qohumluğundan xəstə uşaqların doğulmaq riskinin daha çox olması barədə iştirakçıları mövcud durumla tanış etmişdir. Qəbələ rayonunda qan qohumluğundan dünyaya gələn və sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat vermiş, gəncləri bu sahədə diqqətli olmağa, öz həyatlarını riskə atmamağı tövsiyə etmişdir.

Həmçinin həkim qinekoloq Dilarə Kərimova qan qohumluğu nəticəsində baş verə biləcək xəstəliklər barədə iştirakçıları maarifləndirmiş, hazırda rayonda həkimlərə müraciət edənlər arasında rast gəlinən xəstəliklər barədə məlumat vermiş, ailə qurarkən gəncləri diqqətli olmağa, heç olmazsa həkim nəzarətindən keçməklə onları gələcəkdə gözləyən risklərdən xəbərdar olamağı tövsiyə etmişdir.

Qəbələ Rayon Qeydiyyat İdarəsnin müdiri Zinyət Bağırova da tədbirdə iştirak etmiş, yaxın qohumlar arasında olan boşanmalar və bu zaman qohumlar arasında baş verən qeyri – etik münasibətlərdən danışmış və gəncləri vaxtında qohum nikahlardan imtina etməyə və gələcək problemlərin olmaması üçün vaxtında öz sözlərini deməyi məsləhət görmüşdür.