Koreya səfirliyi Ağdamda məktəblilər arasında rəsm müsabiqəsi keçirib

14 April 2015

Share:

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk İnn oktyabrın 2-də Ağdam rayonuna səfəri zamanı yeni dərs ili münasibətilə Ağdam rayonu 14 nömrəli texniki təmayüllü məktəb-liseydə məcburi köçkün şagirdlər arasında “Sehirli nağıl” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqə oktyabrın 3-də baş tutub.

7-11 yaşlı məktəblilərlə Azərbaycan və Koreya xalq nağılları əsasında “Sehirli nağıl” adlı rəsm müsabiqəsinə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəsm dərnəyindən bəhrələnən Sadıqova Şamama da qoşulub.

103 uşaq arasından seçilmiş 3 ən yaxşı nominasiya arasında Sadıqova Şamama da seçilərək  sertifikat,  rəsm və məktəbli  ləvəzimatları ilə mükafatlandırılıb.