“Xocalıya Ədalət”

23 February 2015

Share:

23 fevral 2015-ci ildə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində Xocalı faciəsinin ildönümü ilə əlaqədar dəyirmi masa keçirildi. Mərkəzdən bəhrələnən uşaqların və mərkəz kollektivinin iştirak etdiyi tədbirdə Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək, həmin günün, nəinki Azərbaycanın həmçinin insanlıq tarixinə ən dəhşətli, kütləvi qətliam günü kimi düşdüyü qeyd edildi.

Tədbirdə iştirak edən uşaqlar Xocalı faciəsinə aid şeirlər söylədilər, ”Fəryad” filmindən kiçik səhnə  göstərdilər. “Xocalı soyqırımı əsrin Genosididir” adlı qısametrajlı film izlənildi.