Xocalı soyqrımının 23-cü ildönümü

27 February 2015

Share:

Xocalı soyqrımının 23-cü ildönümü ilə əlaqədar Saatlı, Ağdam, Qəbələ, Goranboy, Şüvəlan, İsmayıllı, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində rayon məktəblərinin müəllim və şagird heyətinin, rayon ziyalılarının, həmin qanlı gecənin şahidlərinin iştirakı ilə anım günü və silsilə tədbirlər keçirilmişdir. Ilk öncə soyqrımda şəhid olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Tədbirdə çıxış edənlər xalqımızın qan yaddaşına çevrilən 26 fevral- Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş  ağlasığmaz  qəddarlıq, qeyri – insani  cəza  üsulları  ilə  bəşər  tarixindəki  bir  vəhşilik  aktı  olduğu qeyd edildi.

Goranboy UADM bu məqsədlə uşaqlar arasında “Xocalı soyqırımı” adlı rəsm müsabiqəsi keçirmiş, anım günü təşkil etmiş və 26 fevral tarixində “Xocalıya ədalət” devizi altında yüzlərlə  insanın iştirakı ilə Goranboy rayonunda ucaldılmış Xocalı abidəsinə doğru yürüş təşkil etmişdir. Anın günlərində şəhidlərin,  əsir və itkin düşənlərin yaxınları, hadisələrin şahidi olmuş insanlar həmin müdhiş gecədən olan təəsuratlarını bölüşmüş, şəhidlərin qanının yerdə qalmayacağını bildirmişlər, Həmçinin, məktəblilərin ifasında Xocalı faciəsinə aid səhnəcik göstərilmiş, şerlər dinlənilmiş və Mərkəz əməkdaşları tərəfindən hazırlanmış videoçarx nümayiş olunmuşdur.