Saatlıda “İnsan hüquqları” mövzusunda tədbir keçirilib

11 August 2016

Share:

Avqustun 11-də Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi “İnsan hüquqları” mövzusunda tədbir keçirib. Tədbirdə 10-15 yaşarası  məktəblilər iştirak edib. Tədbirdə iştirakçılara insan hüquqlarının yaranması tarixindən söhbət açılıb, hər kəsin qanun qarşısında bərabər olduğu bildirilib. Tədbirdə uşaqlara mövzu ətrafında məlumatlar verilməklə yanaşı, onların sualları da cavablandırılıb.