“İnsan alverinin qurbanı olma!” adlı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir Nəsimi rayonu Namiq Axundov adına 1 N-li məktəbdə keçiriləcək

25 April 2017

Share:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əhali, xüsusilə gənclər arasında insan alveri  və onun yaratdığı fəsadlara qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində  mütəmadi olaraq genişmiqyaslı layihələr həyata keçirilir.

Bu istiqamətdə görülən işlərin davamı olaraq,  “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə,  İnsan alverinin qurbanı olma!” adlı genişmiqyaslı maarifləndirmə layihəsinə start verilmişdir.

Layihə çərçivəsində növbəti tədbir 28 aprel 2017-ci il tarixində saat 12:00-da Nəsimi rayonu, Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Komitə əməkdaşlarının, eləcə də aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yuxarı sinif şagirdləri üçün keçiriləcəkdir.

Layihənin əsas məqsədi şagirdlərin insan alveri probleminin mahiyyəti, mövcud vəziyyət və mübarizə üsulları, eləcə də insan alverinin yaratdığı fəsadlar barəsində məlumatlandırılmasından ibarətdir. Keçiriləcək tədbirdə “İnsan alverinin qurbanı olma” adlı təqdimatın və Komitə tərəfindən keçirilən “Azərbaycan Ailəsi” film festivalına
təqdim edilmiş filmlərin nümayişi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində keçiriləcək tədbirdə Komitə tərəfindən hazırlanmış və çap edilmiş maarifləndirmə vəsaitlərinin paylanılması və müzakirələrin aparılması planlaşdırılır.

“İnsan alverinin qurbanı olma!” adlı layihə çərçivəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.