Londonda keçirilən “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit

12 July 2014

Share:

Londonda keçirilən “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit  keçirilmişdir. Açılış mərasimində sammitin həmsədrləri – Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq və BMT-nin qaçqınlar üzrə ali komissarının xüsusi elçisi Ancelina Coli çıxış edərək seçilmiş mövzu ilə bağlı beynəlxalq səviyyədə ciddi addımlar atılmasının vacib olduğunu, artıq bu istiqamətdə aparılan müzakirələrin, görüşlərin nəticə verməsinin, qəbul edilmiş qərarların icrasının vaxtının çoxdan çatdığını diqqətə çatdırmışlar.Sammit çərçivəsində “Nazirlər günü” adlı sessiya təşkil olunmuşdur. Azərbaycanı sessiyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti təmsil etmişdir. Sessiyada  müxtəlif ölkələrdən gəlmiş nazirlərin, QHT rəhbərlərinin, mütəxəssislərin və başqa mövzu ilə əlaqədar rəhbər şəxslərin  cinsi zorakılığın mahiyyəti və təsiri haqqında fikirlər  dinlənilmişdir.  Bundan başqa, sessiya müxtəlif ölkə təmsilçilərinə öz milli perspektivlərini və mövzu ilə bağlı problemlərini müzakirə etmək imkanı yaratmışdır.   

Çıxışlarda xüsusilə münaqişələr zamanı dünyada cinsi zorakılığın daha çox olduğu bölgələrdən nümunələr gətirilmiş və məsələnin həlli barədə təkliflər irəli sürülmüşdür. Sonra mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş olunmuş və sessiya işini “dəyirmi masa” formatında davam etdirmişdir.

Sonda Londonda keçirilən “Cinsi zorakılığa son” mövzusunda beynəlxalq sammit yekun plenar iclasla başa çatmışdır. İclasda Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  çıxış edərək  bu sahədə Azərbaycanın vəziyyəti, dövlətin  həyata keçiridiyi layihələrlə bağlı ətraflı məlumat vermişdir.  Sammit çərçivəsində təşkil edilmiş iclasda çıxışlar dinlənilmiş, audiovizual təqdimatlar olmuşdur.

Yekun iclasdan sonra həmsədrlərin iştirakı ilə mətbuat konfransı keçirilmiş və jurnalistlərin sualları cavablandırılmışdır.

Eyni zamanda, beynəlxalq sammitdə Azərbaycan həqiqətlərindən bəhs   edən müxtəlif kitab və digər materiallar nümayiş etdirilmişdir. Sammitdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nümayiş etdirilən materiallarda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun qurbanları, əsir və itkin düşən həmvətənlərimizdən bəhs edir. Materiallar sammitin ayrılmaz hissəsi hesab edilən “Fringe” adlı ədbirlər toplusu proqramında nümayiş etdirilmişdir. Azərbaycan həqiqətlərindən bəhs edən nəşrlər iştirakçılarda böyük maraq doğurmuşdur.