“Ailə büdcəsinin düzgün idarə olunması” istiqamətində maarifləndirmə işinin aparılması məqsədilə tədbir keçirildi

28 April 2016

Share:

Aprelin 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Zaqatala rayonunda “Ailə büdcəsinin düzgün idarə olunması” mövzusunda tədbir keçirilib.

 Mövzu ilə əlaqədar qısametrajlı sosial çarxın nümayişi ilə açılan tədbirdə ailə başçıları və orta məktəbin yuxarı sinif şagirdləri üçün slaylardan ibarət maarifləndirici təqdimatlar nümayiş edilib.

Tədbirdə Dövlət Komitəsi tərəfindən  az gəlirli ailələrdə ailə büdcəsinə uyğun maliyyə savadlılığı, gəlirlərin cəmlənməsi-aylıq gəlirlər, gəlir və xərclərin mövsümə uyğun təhlili, pulun idarə edilməsi və xərclərin gəlirlərə uyğun qurulması, vacib xərclər üzrə büdcənin qurulması, lazımsız xərclərdən azad olmanın yolları, kreditin növləri və düşünülmüş kredit barədə məlumatlar verilib.

Qarşılıqlı müzakirə şəklində keçirilmiş tədbirdə mövzu ətrafında ailələrin yaxşı təcrübələri, fikir və təklifləri dinlənilib, onlara tövsiyələr verilib.