Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçki elan edir

17 March 2023

Share:

Səsvermədə təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları həmin şəxslər barədə aşağıdakı sənədləri göstərməklə müraciət edə bilərlər:

- səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;

- vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti;

- səsvermədə iştirak edəcək nümayəndənin əlaqə vasitəsi.

Birgə yığıncaqda (səsvermə) iştirak etmək istəyənlər qeyd olunan sənədləri 2023-cü il 27 mart - 10 aprel tarixləri arasında (iş günləri saat 10.00-dan 17.00-dək) Dövlət Komitəsinə şəxsən təqdim edə və ya elektron poçt ünvanına (informasiya.aqupdk@scfwca.gov.az) göndərə bilər.

Səsvermədə hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçki ilə bağlı səsvermə 19 aprel 2023-cü il tarixində saat 10:00-dan – 15.00-dək Hökumət Evinin akt zalında (Ünvan:Üzeyir Hacıbəyli 80, IV Qapı) keçiriləcək.