Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi

1 April 2017

Share:

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan xalqının Ümumilli Lideri, müasir dövrün görkəmli siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda tələbələr arasında məqalə müsabiqəsi elan edir.

Müsabiqədə iştirak etmək istəyən tələbələr 30 aprel 2017-ci il tarixinə qədər məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) meqalemusabiqe@gmail.com elektron ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim olunacaq məqalələr arial  şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.

Məqalələr azərbaycan və rus dillərində təqdim oluna bilər.

Müsabiqənin qalibləri mükafatlandırılacaqdır.

Əlaqə nömrəsi: 012 598 51 74