Sumqayıt şəhərində məişət zorakılığı vəqadın hüquqları üzrə seminar keçirildi

10 December 2016

Share:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi”  regional proqramı çərçivəsində “Qadın hüquqları” üzrə layihəni həyata keçirir. Layihə çərçivəsində Şəki, Şamaxı, Daşkəsən, Mingəçevir, Yevlax, Balakən rayonlarında iki gün olmaqla qadınlar üçün “Məişət zorakılığı və qadın hüquqları” mövzuları üzrə seminarlar keçirilmişdir. Yekun olaraq dekabrın 9-10-u tarixlərində Sumqayıt şəhərində 2 günlük seminar təşkil olundu. Seminarda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən 30 nəfər qadın iştirak edirdi. Seminarı Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Lalə Hacıyeva açaraq layihənin əhəmiyyətindən bəhs etdi. Qadınların iştirakı ilə birinci gün məişət zorakılığı haqqında, ikinci gün isə qadın hüquqları mövzular müzakirə edildi. Seminarlarda Dövlət Komitəsinin nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik Toplusu” və “Qadın hüquqları üzrə bələdçi” kitabı metodiki vəsait kimi iştirakçılara paylanıldı. Seminarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova iştirak etmişdir. Seminarın məqsədi qadınların cəmiyyətdə rolunun artırılması, sosial statuslarının yüksəldilməsi və məişət zorakılığı ilə davamlı mübatrizənin aparılmasının təmin olunmasıdır. Seminarların sonunda qadınlar tərəfindən belə seminarların davamlı olaraq keçirilməsi təklif edildi. Sumqayıt şəhər İcra hakimiyyətinin məsul şəxsi Şüşən Aslanova yekunda tədbirin təşkilatçılarına təçəkkürünü bildirdi.