“Oxuyaq və paylaşaq” adlı sosial maarifləndirmə layihəsi davam edir

11 May 2022

Share:

“Oxuyaq və paylaşaq” adlı sosial maarifləndirmə layihəsi çərçivəsində Bakı şəhərinin Xətai rayonunda yerləşən “BigBen Kids Academy” uşaq bağçası tərəfindən kitab bağlamaları hədiyyə edilib.

Kitab bağlamaları Goranboy rayonunun Yeni Veyisli qəsəbəsində yerləşən Kəlbəcər rayon 1 saylı uşaq bağçası və Hazırəhmədli kənd körpələr evi-uşaq bağçasına təqdim edilib.Layihənin cari ilin sonuna kimi davam etdirilməsi nəzərdə tutulub.