Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib

21 September 2020

Share:

21 sentyabr 2020-ci il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Qoy həmişə Sülh olsun” adlı onlayn görüş keçirilib. Görüşdə Sabirabad UADM-nin sosial pedaqoqu, mərkəz qeydiyyatında olan risk qruplu və xüsusi qayğıya ehtiyacı olan (XQEO) uşaqlar iştirak ediblər.

Görüş zamanı Sülh Günü haqqında ətraflı məlumat verilib, uşaqların sualları cavablandırılıb. Sonda uşaqlar  mövzu ilə bağlı  rəsm çəkiblər.