Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “ Ailəm və Mən” adlı maarifləndirici onlayn tədbir keçirib

10 July 2020

Share:

10 iyul 2020-ci il tarixində Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi əhali, xüsusilə gənclər arasında ailə dəyərlərinin və ənənələrinin təbliği məqsədi ilə “Ailəm və mən” adlı maarifləndirici onlayn tədbir keçirib. 

Mərkəz könüllülərinin və icma üzvlərinin iştirakı ilə baş tutan tədbirdə xalqımızın qədim tarixə malik ailə dəyərləri, stereotiplər barədə fikir mübadiləsi aparılıb.