Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir

13 May 2020

Share:

 

 

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulunu elan edir.

Bununla əlaqədar olaraq şura üzvlüyünə seçkilərin təşkili məqsədilə seçki komissiyası yaradılmışdır.

İctimai şura Komitənin fəaliyyətində şəffaflığın daha da artırılması, ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin həyata keçirilməsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyan məşvərətçi qurumdur. Müvafiq sahədə ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərən şuraya üzv ola bilər.

⚠️Komitə yanında ictimai şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla 2020-ci il mayın 14-dən iyunun 22-dək (25 iş günü müddətində) Komitənin seçki komissiyasına təqdim olunmalıdır.

İctimai şuranın üzvlüyünə namizədlərin aşağıdakı sənədləri əlavə edilməlidir:

İctimai şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
namizədin şəxsiyyət vəsiqəsinin surəti;
namizədin tərcümeyi-halı;
namizədin vətəndaş cəmiyyəti təşkilatı üzvlüyünü təsdiq edən sənədin surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

‼️Seçki ilə əlaqədar Komitənin rəsmi elektron poçt ünvanına (informasiya.aqupdk@scfwca.gov.az) və ya İnformasiya və Analitik araşdırmalar şöbəsinə (tel: 012 498-80-93) müraciət edilə bilər.