“Erkən nikaha yox deyək!” adlı tədbir keçirilib

12 February 2020

Share:

Fevralın 12-si Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Qəbələ rayon Dövlət Peşə Təhsil Mərkəzi ilə birlikdə Dövlət Peşə Təhsil Mərkəzində “Erkən nikaha yox deyək!” adlı tədbir keçirilib. Tədbirdə UADM-in, Qəbələ rayon Polis şöbəsinin əməkdaşları, Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak edib.

Tədbirdə erkən nikah problemi ilə bağlı aparılan elmi-analitik araşdırmalar  və bu fəsadların qarşısının alınması məqsədi ilə həyata keçirilən maarifləndirmə tədbirləri, habelə mübarizə yolları barədə iştirakçılara məlumat verilib.

Tədbirin sonunda mövzu ilə əlaqədar video-çarx nümayiş etdirildi. Mövzunu əhatə edən bukletlər paylanılıb.