“Erkən nikahlar, valideynlərlə görüş” adlı tədbir keçirilib

7 February 2020

Share:

Fevralın 7-si Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Təhsil şöbəsi ilə birlikdə Nərimankənd tam orta məktəbində “Erkən nikahlar, valideynlərlə görüş” adlı tədbir keçirilib. Tədbirdə UADM-in, təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllimləri və valideynlər iştirak ediblər.

Tədbirdə erkən nikahlardan, nikaha daxil olan yeniyetmələrin reproduktiv sağlamlıqla bağlı problemlər yaşamasından, ana və uşaq ölümlərindən, yeni qurulmuş ailələrdə olan problemlərdən, qızlarımızın savadsız olaraq gələcəkdə uşaqlarına kömək edə bilməyəcəklərindən danışılıb, valideynlərə tövsiyyələr verilib.

Tədbirin sonunda mövzu müzakirə olunub və tədbir iştirakçılarına mövzuya aid məlumat vərəqləri paylanıb.