Hacıqabulda “Məişət zorakılığı” mövzusunda tədbir keçirilib

7 November 2019

Share:

 

Noyabrın 7-də və Ailələrə Dəstək Mərkəzi tərəfindən Hacıqabul şəhər H.Əliyev Mərkəzində “Məişət zorakılığı” mövzusunda dəyirmi masa kecirilib. “Məişət zoraklığı - Uşaq hüquqlarının pozulmasının səbəbidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Hacıqabul UADM əməkdaşları və icmadan olan şəxslər iştirak ediblər.

Qeyd edilib ki, bir çox hallarda məişət zorakılığı qurbanı olan şəxslər onlara qarşı törədilənlər barədə susur və bunlara dözməkdə davam edir. Onlar qorxudan yaxud utandıqlarından bu barədə heç kimə heç nə söyləmirlər, eyni zamanda yeni zorakılıq burulğanına düşməkdən ehtiyat edirlər. Lakin unudurlar ki, bununlada həmin şəxslər özlərinin və yaxınlarının həyatını daha da  təhlükəyə atırlar. Çünki tədqiqatlar göstərir ki, zorakılıq törədən şəxslərin əməlləri cəzasız qalanda onlar yenidən həmin hərəkətləri törədərək ətrafındakı insanların həyatını kabusa çevirirlər. Məlumat verilib ki, cəmiyyətimizdə zorakılıq hallarının qarşısının alınması və azaldılması sahəsində təmənnasız olaraq yardım əlini uzadan
dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatlar və digər qurumlar vardır.  Bildirilib ki, kiməsə qarşı cinayət törədilərsə, ilk növbədə ən yaxın olan polis bölməsinə müraciət edilməli, yaxud Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 saylı qaynar xəttinə zəng edilməlidir.

Tədbirin sonunda iştirakçılara məişət zorakılığı ilə bağlı broşürlər paylanılıb.