Saatlıda “Uşaq və Hüquq” adlı tədbir keçirilib

1 November 2019

Share:

31 oktyabr 2019-cu il tarixində Saatlı Uşaq və Ailələrə dəstək Mərkəzi Uşaq Hüquqları aylığı çərçivəsində “Uşaq və Hüquq” adlı tədbir keçirib. 

Tədbir Nəriman kənd qaçqın şəhərciyində Cəbrayıl rayon tam orta məktəbində kecirilib. Tədbirdə Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak edib.

İştirakçılara insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlətimizin uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verilib. Azərbaycanda uşaq  hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyini, uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə hüquqlarının daha da təkmilləşdirilməsi ilə konkret tədbirlərin və dövlət proqramlarının gerçəkləşdirildiyi qeyd edilib. Mövzu ilə bağlı film nümayiş olunub.

Tədbirin sonunda uşaqlarla diskussiyalar aparılıb, fikirləri dinlənilib və məlumatlandırıcı vərəqələr paylanılıb.