Zərdabda “Uşaq hüquqları” adlı tədbir keçirilib

1 November 2019

Share:

Noyabrın 1-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Uşaq hüquqları” aylığı ilə bağlı maarifləndirici-əyləncəli tədbir keçirilib. Tədbirdə Zərdab 2 saylı körpələr evi-uşaq bağçasının uşaqları və müəllim kollektivi, Mərkəz xidmətindən bəhrələnən uşaqlar iştirak edib.

Tədbirdə çıxış  edənlər uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda uşaqların ifasında rəqslər, şeirlər və mahnılar qonaqların zövqünü oxşayıb.