Ağdam UADM “Erkən nikahlar - uşaq hüquqlarının pozulmasıdır” mövzusunda tədbir keçirib

29 October 2019

Share:

29 oktyabr 2019-cu il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Bərdə rayon ərazisi Kətəlparaq kəndində fəaliyyət göstərən 53 saylı Ağdam rayon köçkün tam orta məktəbində “Erkən nikahlar - uşaq hüquqlarının pozulmasıdır“ mövzusunda tədbir keçirilib. Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzin əməkdaşları, müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak edib.

Qeyd edilib ki, erkən yaşda ailə quran qızlar təhsildən yayınır, onların özünü müdafiə etmək, bir şəxsiyyət kimi formalaşmaq imkanları məhdudlaşır, cəmiyyətdən demək olar ki, tədric olunurlar. Erkən nikah bir sıra hallarda nəinki yeniyetmə qızların sağlamlığına, habelə dünyaya gələn körpənin fiziki və əqli cəhətdən qüsurlu olmasına gətirib çıxarır. Nəzərə çatdırılıb ki, erkən nikah doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün aktual problemi olaraq qalmaqdadır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fəsad kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atır, boşanma hallarını artırır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bukletlər paylanılıb.