Zərdabda “Ailədaxili münasibətlərin uşaqların psixologiyasına təsiri məsələləri” adlı seminar keçirilib

24 October 2019

Share:

24 oktyabr 2019-cu il tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ailədaxili münasibətlərin uşaqların psixologiyasına təsiri məsələləri” adlı seminar keçirilib. Seminarda mərkəzdən bəhrələnən valideynlər və “Valideyn Klubunun“ üzvləri iştirak edib.

Seminarın keçirilməsində məqsəd insan hüquqlarının və azadlıqlarının təmin olunması, müsbət valideynlik tendensiyasının təbliği, uşaqların düzgün inkişafı üçün təlabatlarına uyğun müsbət sosial psixoloji mühitin yaradılması, gələcək nəslin cəmiyyətin ictimai sosial həyatında hərtərəfli iştirakının təmin edilməsidir.

Bildirilib ki, ailədə baş verənlər həqiqətən uşağın inkişafına və onun psixi sağlamlığına uzun müddətli təsir göstərir. Həmçinin burada vacib olan yalnız uşaqla valideyn arasındakı qarşılıqlı münasibət deyil. Valideynlərin bir-birilə necə ünsiyyət qurması da uşağın həyatında əhəmiyyətli rol oynayır və onun həyatının bütün sahələrinə - psixi sağlamlığından tutmuş dərslərindəki uğurlara və gələcəkdə münasibətlərin qurulmasınada təsir göstərə bilir. Qeyd edilib ki, uşaq və yeniyetmələrin psixi sağlamlığının pozulması intihar hallarına, psixoaktiv maddələrdən istifadəyə, zorakılığa, cinayətkarlığa, müstəqil yaşamaq vərdişlərinin olmamasına, sosial dezadaptasiyaya, şəxsiyyətin deqradasiyasına gətirib çıxarır.  Tövsiyə edilib ki, əgər uşağın gözü qarşısında konflikt baş verirsə, onunla söhbət etməli və hər iki valideyn onu çox sevdiyini söyləməlidirlər və hər bir hərəkət ilə uşağa nümunə olmalıdırlar.

Tədbirin sonunda suallar cavablandırılıb və bukletlər paylanılıb.