Ağdam UADM tərəfindən “Qadınlarla məşğulluğun artırılması, kiçik sahibkarlığın inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilib

22 October 2019

Share:

22 oktyabr 2019-cu il tarixində  Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən köçkün qadınların iştirakı ilə Ağdam rayon H.Əliyev Mərkəzində “Qadınlarla məşğulluğun artırılmasi, kiçik sahibkarlığın inkişaf etdirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Azərbaycanda qadınları digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafında da mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Qadınların iqtisadi təşəbbüskarlığının artması, onların mikro, kiçik və orta biznesdə geniş təmsil olunması ölkənin sosial-iqtisadi inkişafı, məşğulluğun təmin olunması baxımından əhəmiyyətlidir. Ölkə üzrə fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları qadınları tərəfdaş təşkilatlarla əlaqələndirilməsi işini həyata keçiriblər, əl işləri olan qadınları ABAD təşkilatı ilə əlaqələndiriblər. Toxuculuq sahəsində biliklərini artırmaq üçün müraciət edən qadınları Xındırıstan Peşə Məktəbi nəzdində olan peşə kurslarına yönləndiriblər. Kompüter bilgilərini artırmaq istəyən qadınlar  Ağdam UADM nəzdində fəaliyyət göstərən Kompüter dərnəyinə və Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Kompüter kursuna yönləndiriblər.

Tədbirin sonunda iştirakçılara mərkəzin bukletləri və xidmətləri haqqında flayerləri paylanılıb.