Gender məsələləri üzrə məsul şəxslər üçün təlimlər keçirilir

16 October 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti ilə birgə Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda gender məsul şəxslərin bilik və bacarıqlarının artırılmasına yönələn layihə həyata keçirir. Layihə dövlət müəssisələrinin genderə-həssas idarəetməsini dəstəkləyən beynəlxalq metodologiya üzrə icra edilir. Layihə çərçivəsində gender məsələləri və kadr məsələləri üzrə məsul şəxslər üçün 3 , 9, 16, 23, 30 oktyabr 2019-cu il tarixlərində bir günlük Gender bərabərliyi anlayışları və CEDAW, Monitorinq və hesabatlandırma, İctimai vəkillik və lobbiçilik, Liderlik və qərarqəbuletmə, Ünsiyyət və şəbəkələşmə mövzularında  təlimlər təşkil olunacaqdır.

7 noyabr 2019-cu il tarixində təlimlərin yekun tədbiri keçiriləcək, iştirakçılara sertifikatlar veriləcəkdir.

Layihə çərçivəsində gender məsələləri və kadr məsələləri üzrə məsul şəxslər üçün ilk təlim 3 oktyabr 2019-cu il tarixində “Gender bərabərliyi anlayışları və CEDAW”  mövzusunda keçirilib.

Təlimi Komitənin Hüquqi təlimat şöbəsinin müdiri Taliyə İbrahimova və Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova aparıb.