Hacıqabulda “Hər şey analar və uşaqlar üçün” adlı maarifləndirici tədbir keçirilib

16 October 2019

Share:

16 oktyabr 2019-cu il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən Hacıqabul Heydər Əliyev Mərkəzində “Hər şey analar və uşaqlar üçün” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, icmadan olan bir qrup qadın və uşaqlar iştirak edib.

Diskussiya şəklində aparılan tədbirdə analara övladlarına qarşı diqqətli və səbrli olmağı, onların sağlamlığına xüsusi fikir verilməsi tövsiyə olunub. Qeyd edilib ki, valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidir ki, onun hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın. Uşaqlarla daha çox vaxt keçirmələri, kitab oxumaları, gəzintiyə getmələri və digər əyləncəli oyunlar keçirmələri məsləhət verilib.

Tərbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb.