Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi uşaqlar üçün maarifləndirmə tədbiri keçirib

9 September 2019

Share:

Sentyabrın 4-də Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxanasında “Kitab yoxsa internet vəsaitləri” adlı maarifləndirmə tədbiri keçirilib.

Mərkəzdən bəhrələnən uşaqların və kitabxananın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər internetin insanlara hər nə qədər geniş resurslara çıxış imkanı yaratsa da kitabın hər zaman öz aktuallığını qoruyub saxladığını qeyd ediblər. Diskussiya şəklində davam edən tədbirdə uşaqlara internet təhlükəsizliyi barədə ətraflı məlumat verilib.