"Uşaqların internet təhlükəsizliyi və onların onlayn zorakılıqdan müdafiəsi" mövzusunda təlim keçirilib

5 August 2019

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Şamaxıda Komitə və UNICEF-in birgə təşkil etdiyi yay düşərgəsinin 4-cü günündə "Uşaqların internet təhlükəsizliyi və onların onlayn zorakılıqdan müdafiəsi" mövzusunda təlim keçib və mövzu ətrafında uşaqlarla aktiv müzakirələr, qrup işləri aparılıb. 
Qeyd edək ki, Ceyran Rəhmətullayeva Avropa Şurasının uşaq məsələləri üzrə eksperti və uşaq inkişafı və sosial iş üzrə mütəxəssisdir.