İsmayıllı rayonunda vətəndaşların qəbulu keçiriləcək

18 July 2019

Share:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri, sədr müavinləri tərəfindən vətəndaşların qəbulu davam  edir.26  iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova saat 11:00-da İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda İsmayıllı və Qəbələ rayonlarının vətəndaşlarının  ərizə, təklif və müraciətlərinə   baxılacaqdır.