Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərində iştirak ediblər

4 November 2016

Share:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 24-28 oktyabr və 1-4 noyabr tarixlərində Mingəçevir, Şəki, Qəbələ, Zaqatala,  Qax, Baləkən, Kürdəmir, Ağdaş, Ağsu, Şamaxı, Ucar, Zərdab şəhər və rayonlarında təlimlər keçirilib.

Təlimlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib. Təlimlərin keçirilməsində məqsəd narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanmasıdır. Təlimlərdə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibləri və uşaqlarla iş üzrə məsləhətçi psixoloqlar iştirak edib.

Təlimdə çıxış edənlər narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və narkomanlığın cəmiyyətə ziyanı barədə ətraflı məlumat verib, uşaq və yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinə diqqət yetirilməsinin vacibliyini vurğulayıblar.