Zaqatala rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib

12 June 2019

Share:

12 iyun tarixində Zaqatala rayonunda Qadın Resurs Mərkəzinin açılış mərasimi keçirilib.

Bu gün Azərbaycanda iqtisadi tərəqqinin yeni iş imkanları yaratdığı bir dövrdə qadınların və gənclərin səlahiyyətlərinin artırılması ölkənin mühüm inkişaf prioritetləri sırasındadır. Azərbaycanın bölgələrində xüsusilə bu potensialı görərək, bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə Zaqatala rayonunda qadınların və gənclərin məşğulluğuna və sahibkarlıq bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədi ilə iki yeni mərkəz açıldı. BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Hökümətinin birgə əməyi sayəsində təməli qoyulan Zaqatala Qadın Resurs Mərkəzi və Gənclərin Məşğulluq və Təlim Mərkəzi (Syslab) Zaqatala və ümumilikdə Azərbaycanın şimal-qərb bölgəsində əhalinin daha həssas qrupları olan qadınlar və gənclərin iqtisadi imkanları və maliyyə bacarıqlarının artırılması üçün aparıcı məkan olacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, biz artıq növbəti Qadın Resurs Mərkəzinin açılışında iştirak edirik. Bu layihəni həyata keçirməklə biz nə qazanırıq? Burada bir çox nailiyyətləri qeyd etmək olar. Ən vacib nəticələrdən biri odur ki, kənd yerlərində yaşayan qadınlar həyatlarını dəyişməyi və icmalarını yenidən qurmağı bacardılar. Onlar özlərində inam hissini artırmaqla, patriarxal dəyərlərin zəifləməsinə səbəb oldular. Eyni zamanda, bu mərkəzlər təkcə qadın sahibkarlarlığının inkişafına dəstək göstərmir, həm ailədə bərabərliyə nail olmasına, qadının cəmiyyətdə nüfuzunun artmasına kömək edir. Onlar başqaları üçün nümunədirlər.

Azərbaycanda digər sahələrdə olduğu kimi, burada da inkişaf var deyən Komitə sədri bildirib ki, əhalinin dördə birini təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Kənd təsərrüfatı həm də ona görə dəyərlidir ki, bu sahə ərzaq təhlükəsizliyi və bölgələrdə yoxsulluğun azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar kənd qadınlarının həyatına, onların məşğulluğuna çox böyük dəstəkdir. Yerlərdə yaradılmış imkanlar, sosial infrastrukturun inkişafı, yeni texno və sənaye parkları fəaliyyəti qadınlarımız üçün bir stimuldur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

Mən xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda digər sahələrdə olduğu kimi, burada da, inkişaf var. Əhalinin dördə birini təşkil edən kənd qadınlarının sosial və iqtisadi həyatda iştirakına xüsusi önəm verilir. Kənd təsərrüfatı həm də ona görə dəyərlidir ki, bu sahə ərzaq təhlükəsizliyi və bölgələrdə yoxsulluğun azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sənədlər, qəbul edilmiş qərarlar kənd qadınlarının həyatına, onların məşğulluğuna çox böyük dəstəkdir. Yerlərdə yaradılmış imkanlar, sosial infrastrukturun inkişafı, yeni texno və sənaye parkları fəaliyyəti qadınlarımız üçün bir stimuldur. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xüsusi təşəbbüsü ilə həyata keçirilən sosial layihələr də qadın sahibkarlığının, xüsusilə qaçqın və məcburi köçkün qadınlar arasında sahibkarlığın inkişafına müsbət təsir göstərir.

BMT-nin Azərbaycandakı Rezident Nümayəndəsi cənab Alessandro Frakassetti yeni mərkəzin açılışında çıxış edərək, 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinin uğurla həyata keçirilməsi üçün qadınların və gənclərin səlahiyyətlərinin gücləndirilməsinin vacib element olduğunu qeyd etdi. "Bu illər ərzində bu layihə qadın və gənclərin mənalı və səmərəli sosial və iqtisadi fəaliyyətlərlə məşğul olması üçün geniş imkanlara malik olduğu bir mühitin yaradılmasına kömək etmişdir" deyə cənab Frakassetti bildirib.

Yeni təsis olmağına baxmayaraq Zaqatalada fəaliyyətə başlayan Qadın Resurs Mərkəzi artıq 10 nəfər qadına öz bizneslərini yaratmaqda köməklik edib ki, bu qadınlar da öz növbəsində digər işsiz olan qadınlara yeni yaranmış biznes təşəbbüslərində iş imkanları təklif ediblər. Yüzlərlə qadın və qız artıq Zaqatalada təqdim olunan müxtəlif təlim proqramlarından və biznes imkanlarının artırılmasına yönələn tədbirlərdən faydalanıb. Layihə çərçivəsində müxtəlif mövzuları əhatə edən maarifləndirici kurslar keçirilib. Bunlardan gender məsələlərinə həssas proqram inkişafı və icmalarla işin qurulması prinsipləri, maliyyə savadlılığı, maliyyə idarəçiliyi və ailə büdcəsinin planlaşdırılması, fandreyzinq və biznes təkliflərinin yazılması, kompüter biliklər, tərcümei-halın yazılması, mühasibat-uçot və digər mövzuları qeyd etmək olar.

Bu günə qədər Zaqatalada qadınların iqtisadi və sosial hüquqları və gender bərabərliyinə dair keçirilən müxtəlif məlumatlandırma kampaniyalarına 160-dan çox qadın qoşulub ki, onların hər biri hal-hazırda Zaqatala Qadın Resurs Mərkəzinin fəal üzvləridir.

Syslab mərkəzlərinə gəldikdə isə, Gəncə, Masallı və Zaqatalada fəaliyyət göstərən bu mərkəzlər təkcə bu il 300-dən çox gəncə peşəkar bilik və təcrübələri artırmaq məqsədi ilə silsilə təlimlər təşkil edib. Gənclərin 66 faizini qadınlar təşkil edib.

Açılış mərasimindən sonra 14 qadına layihə çərcivəsində öz bizneslərinə başlamaq üçün sertifikat verilib.