Ağdam UADM tərəfindən ”26 fevral-Xocalı soyqırımının anımı- Xocalı ailələri ilə yığıncaq keçirildi

22 March 2019

Share:

Fevralın 22-də  Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Mərkəzdə Xocalı sakinləri ilə anım yığıncağı keçirildi. Yığıncaqda 12  ailənin nümayəndələri iştirak edirdi.

Mərkəzin direktoru Y.Qəhrəmanova çıxış edərək, Xocalıda baş vermiş qətliyam hadisəsini pislədi və bildirdi ki, bu cinayət erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.

Xocalı sakini Rəcəbov Nadir çıxış edərək söylədi ki, Xocalı faciəsindən 26  il ötməsinə baxmayaraq  nə Xocalının ağrıları, nə də Xocalı sakinlərinin qanlı göz yaşları yaddan çıxmır. Bu  qanlı faciə yaddaşımızdan silinməyəcəkdir.

Yığıncağın sonunda Mərkəz tərəfindən müəyyənləşdirilmiş 12  imkansız, tənha və çoxuşaqlı  Xocalı ailələrinə ərzaq bağlaması verildi.