“Ailədə müsbət valideynlik” mövzusunda “Online” Forum keçiriləcək

7 January 2019

Share:

9 yanvar tarixində saat 15:00 – 17:00 aralığında Dövlət Komitəsinin Aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi Ceyran Rəhmətullayeva tərəfindən “Ailədə müsbət valideynlik” mövzusu üzrə Komitənin rəsmi veb-saytında “Online” Forum keçiriləcək. Mövzu ətrafında vətəndaşların sualları “online” şəkildə operativ qaydada cavablandırılacaq. Sual ünvanlamaq istəyən şəxslər həm də Komitənin rəsmi “facebook” səhifəsindən də istifadə edə bilər.