3 dekabr Beynəlxalq Əlillər Günündə Bakı Oksford məktəbində uşaqlarla görüş keçirildi

3 December 2018

Share:

             3 dekabr bütün dünyada Beynəlxalq Əlillər Günü  kimi qeyd edilir.  Azərbaycanda da bu günün qeyd edilməsi artıq ənənə halını almışdır. Bu tədbirlərin davamı olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara şən əhval ruhiyyə bəxş etmək, onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 3 dekabr 2018-ci il tarixində Bakı Oksford məktəbində həmin məktəbin şagirdləri və “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları ilə görüş keçirib. Tədbir səhnəciklər, mahnı və rəqs nömrələri ilə davam edib.

               Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova ölkəmizdə  uşaqlara göstərilən diqqət və qayğıdan danışıb, xüsusilə, sağlamlıq imkanlar məhdud uşaqların cəmiyyətə inteqrasiyasının yaradıcılıq potensiallarının üzə çıxarılmasının vacibliyini vurğulayıb. Sonda çıxış edən Azərbaycan Texniki Universitetinin dosenti Gülarə Teymurova hər il ölkəmizdə Beynəlxalq Əlilər Gününün qeyd olunmasını yüksək qiymətləndirib. Həmçinin “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunub və “Müşviq” Əlil Uşaqlara Yardım İB-nin hər uşağına Oksford tərəfindən hədiyyələr verilib. Tədbir uşaqlar üçün təşkil olunan nahar yeməyi ilə yekunlaşıb.

           Xüsusi qayğıya ehtiyacı və əlilliyi olan uşaqların reabilitasiyası, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün onların digər vətəndaşlarla bərabər imkanlar alması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin prioritet istiqamətlərindən biridir.