"Qadın və uşaq hüquqları sahəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin gördüyü işlər" mövzusu üzrə “Online” Forum keçiriləcək

27 November 2018

Share:

29 noyabr tarixində saat 10:00 – 12:00 aralığında Komitənin Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Zöhrab Həsənov tərəfindən "Qadın və uşaq hüquqları sahəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin gördüyü işlər" mövzusu üzrə “Online” Forum keçiriləcək. Mövzu ətrafında vətəndaşların sualları “online” şəkildə operativ qaydada cavablandırılacaq. Sual ünvanlamaq istəyən şəxslər həm də Komitənin rəsmi “facebook” səhifəsindən də istifadə edə biləcəklər.

Vətəndaşlarımızı aktiv olmağa səsləyirik!