9 noyabr –Bayraq Günü münasibəti ilə Uşaq və Ailələrə Dəstək Mərkəzləri tədbir keçirmişdir

9 November 2018

Share:

Noyabrın 8-də Bayraq günü ərəfəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tədbirlər keçirmişdirlər.

            Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları icmadan olan bir qrup uşaqla rayonda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Ağdam Bayraq Muzeyinə səfər etmişdirlər. Uşaqlar  muzeydə sərgilənən qədim və müasir Azərbaycan  bayraqları və Cümhuriyyət bayrağı haqqında məlumat alaraq, tariximizlə tanış oldular. Daha sonra  118 saylı köçkün tam orta məktəbin  şagird və müəllim kollektivi ilə birgə Azərbaycan bayrağı ilə Bayraq meydanına yürüşdə iştirak edildi. Bayraq gününə həsr olunmuş tədbirə qatılaraq mərkəzdən bəhrələnən  sağlamlığı məhdud uşaqların digər uşaqlarla birgə inteqrasiyası təşkil edildi.

            Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi şəhər 4 saylı orta məktəbdə, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi N. Gəncəvi adına 5 saylı tam orta məktəbdə tədbir keçirmişdir. Məktəbin müəllim və şagird kollektivlərinin iştirakı ilə keçirilən tədbirlərdə bayrağımızın, Bayraq Gününün tarixi barədə məlumat verilmiş, şagirdlərin Bayraq Vətən mövzusuna aid şeirləri dinlənilmiş, bayrağımızın rənglərinin mənası açıqlanmışdır.