Məişət zorakılığının aradan qaldırılması məqsədilə preventiv yığıncaq keçirildi

13 September 2018

Share:

     Sentyabrın 12-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən  Ağdam rayonu Birinci 4 Yol qəsəbə Paprəvənd kənd Mədəniyyət Evində iyirmi  nəfər idarə və müəssisə işçilərinin iştirakı ilə “Məişət zorakılığının aradan qaldırılması yolları” mövzusunda preventiv yığıncaq keçirildi.

Yığıncaqda Mərkəz əməkdaşları məişət zorakılığına məruz qalma riskinin qarşısının alınması və zorakılığa məruz qalmış insanların sosial müdafiəsinin təşkil edilməsi haqqında məruzə edərək, məişət zorakılığına məruz qaldıqda müraciət etməli olduqları idarələr haqqında məlumat verdilər.

Tədbir iştirakçılarını maraqlandıran suallar Mərkəz əməkdaşları tərəfindən cavablandırıldı və onlara maarifləndirici bukletlər təqdim edildi.