Azərbaycan mətbuatında qadınlar - Milli Mətbuatın 143 illiyi

23 July 2018

Share:

Azərbaycanda Milli Mətbuatın yaranması Həsənbəy Zərdabinin adı ilə bağlıdır. 1875-ci ildə əsası qoyulan milli mətbuatımızın formalaşmasında və inkişafında qadınlarımız da fəallıq göstərmiş və öz fəaliyyətləri ilə daim seçilmişlər.

Publisist qadınlarımız arasında özünəməxsus yer tutan Azərbaycan maarifpərvəri, publisist, naşir, ın ilk qadın redaktoru Xədicə Əlibəyova (1884 – 1961) ilk təhsilini  rus  qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur.  Burada təhsilini davam etdirib, 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir.

Hüquqşünas  Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan “İşıq” jurnalı işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan jurnalın (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə,  həmin dövrdə  nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran “İşıq” jurnalında çalışanlar da əsasən qadınlar idi.

Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında  Asiya Axundzadə,  Xuraman RəhimbəyzadəMaral NəbizadəGövhər ŞövqiyyəSəidə Şeyxzadə,  Nabat Nərimanova və başqa maarifpərvər qadınlar “İşıq”ın ətrafında böyük bir ümidlə birləşmişdilər. X.Əlibəyova "İşıq" jurnalında "Hüquqlarımız" sərlövhəli silsilə məqalələr yazmışdır. Qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatdaiştiraka çağırış, qadın klublarının, savad  kurslarının açılması, uşaqlarıntərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. onun publusistik məqalələrinin əsas mövzusu idi.

1912-ci ildə "İşıq" jurnalı fəaliyyətini dayandırdıqdan sonra  Bakı  Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə Əlibəyova Şəkiyə köçərək həkim-ginekoloq işləmişdir. 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkim - ginekolok kimi fəaliyyət göstərən xanım Xədicə Əlibəyova burada, həmçinin, savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak etmiş, ömrünün sonuna yaxın Bakıya qayıtmışdır. 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.