“Müstəqilliyə gedən yol” adlı sinema günü

2 March 2018

Share:

Fevralın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  nəzdində fəaliyyət  göstərən Göygöl  Uşaq və Ailələrə Dəstək Mərkəzində Azaərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan və mərkəz xidmətlərindən bəhrələnən uşaqlarla birgə “Müstəqilliyə gedən yol” adlı sinema günü keçirilmişdir.

 Sinema günündə Dövlət Himni ifa edilmiş, uşaqlara Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı haqqında məlumat verilmiş və bu mövzuda hazırlanmış video-çarx təqdim edilmişdir.

Daha sonra dahi siyasi xadimin Azərbaycan xalqına Azadlıq radiosu vasitəsilə etdiyi müraciətin lent yazısı dinlənildi və əziz xatirəsi yad edildi.