Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Məqalələr

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

«UŞAQ İLİ» MÜVAFİQ SAHƏDƏ DÖVLƏT SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİNDƏ YENİ MƏRHƏLƏ OLACAQ

Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti cəmiyyətin bu mühüm hissəsinin hərtərəfli və ahəngdar inkişafınan təmin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən dövlət siyasətində də uşaq problemlərinin həllinə böyük önəm verilir. Respublikamızın sürətli iqtisadi inkiqafı sosial problemlərin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş önəmli addımlar atılmaqdadır.

Prezident İlham Əliyev cənablarının 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin Azərbaycan Respublikasında «Uşaq ili» elan edilməsi bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsi, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinə cəlb edilməsi məqsədinə xidmət edir. Sərəncama uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən digər aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər planının işlənib hazırlanması nəzərdə tutulur. Bu baxımdan qarşıdakı 2009-cu ildə «Uşaq ili» nin keçirilməsi müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində yeni mərhələ olacaq. Hazırda Azərbaycanda 2.800 000 mindən yuxarı uşaq var. 2008 – ci ilin doqquz ayı ərzində 107.900 körpə dünyaya gəlmişdir. Ümümən, son beş il ərzində ölkədə gündə orta hesabla 377 yeni kiçik vətəndaş dünyaya gəlir. Uşaq problemləri sahəsində dövlət siyasətinin əsas istiqamətləri- uşaq hüquqlarının etibarlı təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılmasını nəzərdə tutur. Valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, qəyyumluq, himayə, yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi daim diqqət tələb edən sahələrdir. Bu gün Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların sayı 20.136 nəfərdir. Onlardan 6.670 nəfər himayədarlıq (qəyyumluq) əsasında ailələrdə tərbiyə alır. Bundan əlavə dövlət siyasəti uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, pulsuz ümumi orta təhsilin təmin edilməsi və təhsil sisteminə nəzarətin həyata keçirilməsi də diqqət mərkəzindədir. Məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixolojı inkişafının, şəxsiyyətinin hərtərəfli formalaşmasının və məktəbə hazırlanmasının təmin edilməsi, uşaqların dolğun inkişafı, yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün zəruri şəraitin yaradılması prioritet istiqamətlər sırasındadır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlara dövlət qayğısının göstərilməsi də önəm daşıyır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv və inteqrasiyalı təhsilin genişləndirilməsi uğurla həyata keçirilir. Hazırda Azərbaycanda 1.658 məktəbəqədər təhsil müəssisələri, 4.555 ümumtəhsil məktəbi, 60 orta ixtisas təhsil müəssisəsi, 42 ali təhsil müəssisəsi, 589 uşaq poliklinikası və ambulatoriyası, 4 körpələr evi, 6 uşaq evi, valideyn himayəsindən məhrum olan uşaqlar üçün 2 internat məktəbi, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 14 xüsusi internat məktəbi, əqli cəhətdən geri qalan uşaqlar üçün 2 internat evi, 34 ümumi tipli internat evi, 15 uşaq sanatoriyası, 234 uşaq musiqi və incəsənət məktəbi, 8 uşaq teatrı, 103 uşaq kitabxanası, 9.308 idman müəssisəsi fəaliyyət göstərir. Son illər 300.000 şagird yerlik 1.360 yeni məktəb binası tikilmiş, 300-dək məktəb əsaslı təmir edilmişdir. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə «Yeniləşən Azərbaycan üçün yeni məktəb» layihəsi çərçivəsində son illərdə Azərbaycanın 62 bölgəsində 70.000-dən artıq yeri olan 184 yeni məktəb binası tikilmiş, 37 məktəb əsaslı təmir olunmuşdur. 2008-ci ildə bir sıra təhsil müəssisələrinin yeni korpuslarının inşasına, əsaslı təmirinə və qəza vəziyyətində olan məktəblərin bərpasına Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 34.000.000 manat məqsədyönlü vəsait ayrılmışdır. Təhsilə ayrılan büdcə 2008-ci ildə 47%, investisiya xərcləri isə 2 dəfədən çox artmışdır. Ötən il Bakı şəhərində son iyirmi ildə ilk dəfə olaraq 11 müasir tipli yeni uşaq bağçası tikilmiş və istifadəyə verilmişdir. Cari ildə 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulur. Uşaq hüquqlarının etibarlı təmin edilməsi, uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, həsas qruplardan olan uşaqlara dövlət qayğısının artırılması, uşaq baxımsızlığının, uşaq alverinin, uşaq əməyinin istismarının, uşaqlara qarşı zorakılığın qarşısının alınması və s. məsələlər Komitənin uşaq problemləri sahəsindəki fəaliyyətinin əsasını təşkil edir. Ötən il AQUPDK-nın gərgin və məhsuldar fəaliyyəti nəticəsində müxtəlif istiqamətlərdə bir sıra önəmli tədbirlər reallaşdırılmışdır.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi “Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı layihəsinin II mərhələsi çərçivəsində 3 ay müddətində respublikanın 15 rayonda əhalinin müxtəlif qrupları üçün reproduktiv sağlamlıq mövzusunda təlimlər həyata keçirmiş və əhalinin informasiya alma imkanını genişləndirmişdir. Əhali arasında erkən nikahların səbəblərini və səviyyəsini öyrənmək məqsədilə sorğular keçirilmişdir. Layihənin II mərhələsinin yekunu olaraq Ulu Öndərimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası və “Cənubi Qafqazda Gənclər Üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” adlı Milli Konfrans keçirilmişdir. “Gənclərin Reproduktiv Sağlamlıq” layihəsi çərçivəsində AQUPDK “Nur” Uşaq və Gənclərin İctimai Birliyi ilə birgə yeniyetmələr üçün “şənbə məktəbi” layihəsi həyata keçirmişdir. Layihə zamanı Bakının müxtəlif məktəblərindən seçilmiş 50 nəfər yeniyetmə üçün (13-18 yaş arası) uşaq hüquqları mövzusunda, gənclərin reproduktiv hüquqları və sağlamlığı haqqında təlimlər keçirilmişdir. 2006-cı ildən BMT-nin Qadınlar Gildiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ailələrdə və uşaq müəssisələrində yaşayan xüsusi avadanlığa ehtiyacı olan uşaqlar üçün 11 ədəd əlil arabası, 11 ədəd xüsusi stul, ortopedik ayaqqabılar və müxtəlif gigiyenik ləvazimatlar alınmışdır. Ləvazimatların təqdimat mərasimi mart ayında Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilmişdir. Komitə Avrasiya Hüquqşünaslar Assosiasiyası və Estoniya Respublikasının Q-Klub Uşaq Təşkilatı ilə birgə Avropa İttifaqının dəstəyi ilə “Müxtəliflikdə Həmrəylik” adlı layihə həyata keçirmişdir. Estoniyadan olan 13-18 yaşlı 20 məktəbli azərbaycanlı ailələrdə yerləşdirilərək, Azərbaycanın milli-mənəvi irsini əks etdirən proqram çərçivəsində ölkəmizdə olmuşdurlar. Komitə Türk Əməkdaşlıq və İnkişaf İdarəsi Başkanlığı (TİKA) ilə birgə “Autizmli uşaqlar üçün reabilitasiya mərkəzinin təşkili” layihəsi həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Türkiyənin Ankara şəhərinin Qazi Universitetinə təcrübə keçmək üçün Bakı Dövlət Universitetinin 2 tələbəsi və Azərbaycan Tibb Universitetinin 2 məzunu göndərilməsi, Türkiyədə təcrübə keçmiş mütəxəssislərin Komitə nəzdində açılacaq mərkəzdə xidmət göstərməsi və 3 il müddətində əlaqədar qeyri-hökumət təşkilatlarında təlimlər təşkil etməsinə başlanılmışdır.

1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə ailələrdə və dövlət uşaq müəssisələrində yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək, insanların əlillik probleminə olan diqqətini artırmaq məqsədilə mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur. Tədbirlər çərçivəsində AQUPDK-nın McDonald’s Azərbaycan MMC şirkəti ilə birgə təşkil etdiyi tədbirdə ailələrdən 80 tipik və xüsusi qayğıya ehtiyacı olan uşaq və müəssisələrdən 20 uşaq iştirak etmişdir. McDonald’s şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyə olaraq 10 əlil arabası, məişət və hesablama texnikası, uşaq təşkilatlarına lazım olan digər avadanlıqlar hədiyyə etmişdir. Komitə Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və “Buta” İncəsənət Mərkəzi ilə birgə keçirmiş bayram tədbirində ailələrdə yaşayan xüsusi qayğıya ehtiyacı olan 100-dən çox uşaq, Bakı sakinləri və geniş ictimaiyyət iştirak etmiş və fotosərgi, əyləncəli şəhərcik, sirk tamaşası, uşaq yaradıcılıq kollektivlərinin konserti təşkil olunmuşdur. Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində “Bilik Günü” ilə bağlı Şüvəlan ərazisində yaşayan xüsusi qayğıya ehtiyacı olan 50-dən çox uşaq üçün tədbir keçirilmişdir. Tədbirdə cari ildə ilk dəfə məktəbə gedən uşaqlara məktəb ləvazimatları hədiyyə edilmişdir. 20 noyabr Ümumdünya Uşaq Günündə şöbə tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir. Xətai rayonunda yerləşən Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində “Bizim hüquqlarımız” mövzusunda geniş tədbir keçirilmişdir. Bakı şəhərinin Nizami, Nərimanov və Nəsimi rayonlarının orta məktəblərində uşaq hüquqları və onların qorunması, ünsiyyətin qurulması və tolerantlıq, zorakılıq mövzularında seminar-təlimlər təşkil olunmuşdur. Seminarlarda məktəb direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak etməklə 200 nəfər təşkil etmişdir. Seminar zamanı şagirdlər və valideynlər arasında zorakılıqla bağlı sorğular keçirilmişdir. AQUPDK Səhiyyə Nazirliyi, “Azərbaycan Diabet Liqası” İB-nin təşkilatçılığı və “Sanofi-Aventis” şirkətinin maliyyə dəstəyi ilə “14 noyabr Ümumdünya Diabet Gününə” həsr olunmuş “Heç bir uşaq diabet nəticəsində məhv olmamalıdır!” şüarı altında konfrans keçirilmişdir. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Planı (2006)”, “Azərbaycan Respublikasında Əhalinin Ərzaq Məhsulları ilə etibarlı Təminatına dair Dövlət Proqramı (2008-2015)”, “Azərbaycan Respublikasında Demoqrafiya və Əhali Sakinliyinin İnkişafı Sahəsində Dövlət Proqramı (2004-2008)” nın həyata keçirilməsi, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında AR Qanunu (2003)”, “Yeyinti məhsulları haqqında AR Qanunu (2003)”nun icrası istiqamətində uşaq müəssisələrində uşaqların qidalanmasının vəziyyəti, Azərbaycana idxal olunan süni qida məhsulları, uşaq geyimlərinin, oyuncaqlarının və müxtəlif ləvazimatların hazırlandığı xammalın keyfiyyəti ilə bağlı məsələlərin araşdırılması və nəzarətin gücləndirilməsi məqsədilə İqtisadi İnkişaf, Səhiyyə Nazirlikləri və Standartlaşma və Patent üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq yaradılmış, qaldırılan məsələlər müzakirə olunmuş, fəaliyyətin davamı olaraq monitorinqlərin keçirilməsi və müvafiq təkliflər paketinin hazırlanması planlaşdırılmışdır. Uşaqlarla İş Üzrə Respublika Koordinasiya Şurası çərçivəsində respublikanın regionlarında vəziyyətin öyrənilməsi məqsədilə “Uşaq hüquqları və uşaq problemləri istiqamətində beynəlxalq sənədlər, Azərbaycan Hökumətinin qəbul etdiyi qanunlar, dövlət proqramları və real vəziyyət” mövzusunda bir sıra rayonlarda uşaqlarla işləyən aidiyyatı dövlət qurumlarının, QHT-lərin iştirakı ilə seminar təşkil olunmuşdur.

De-institusionalizasiya Dövlət Proqramı çərçivəsində “Uşaqların Xilası” Təşkilatı ilə birgə Mingəçevir və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində göstərilən alternativ qayğı xidmətlərinin səmərəliliyini əks etdirən fərdi halların idarə olunması mövzusunda təqdimat keçirilmişdir. “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010)” çərçivəsində Penitensiar Xidmətin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində, dövlət uşaq müəssisələrinin uşaqların ixtisasa yiyələnməsi və məşğulluğunun təmin olunması məqsədilə Bakı Baş Məşğulluq İdarəsi ilə birgə mütəmadi olaraq müəssisələrdə görüşlər keçirmiş və uşaqların maraq və ehtiyaclarına uyğun kurslar təşkil etmişdir. 17 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Futuroloqlar Cəmiyyəti tərəfindən “Gələcək Nəsillərlə Üz-Üzə” adlı 2-ci Ümumrespublika İnşa Musaqibəsinin Qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilmişdir. AQUPDK aidiyyatı qurumlarla birgə “1 dekabr QİÇS-lə Mübarizə Günü”nə həsr olunnmuş silsilə tədbirlər həyata keçirmişdir. Tədbirlər çərçivəsində görüş, aksiya və konsert proqramı təşkil olunmuşdur. Uşaq hüquqlarının təmin edilməsi, onların dolğun inkişafı, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması daim Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Ölkəmiz uşaq hüquqları sahəsində bir çox beynəlxalq müqaviləyə qoşularaq bu sahədə müvafiq öhdəlikləri öz üzərinə götürmüşdür. Qısa müddətdə Azərbaycanda uşaq hüquqlarının etibarlı müdafiəsini, uşaqların mənafeyinin üstünlüyünü təmin edən, müasir beynəlxalq standartlara uyğun olan mükəmməl qanunvericilik bazası yaradılmışdır. Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət uşaq siyasəti çərçivəsində cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemləriinin həlli, yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması, uşaqlar tərəfindən qanun pozuntularının profilaktikası və digər sahələrdə önəmli dövlət proqramları qəbul edilmişdir. Bir vacib aspekti də xatırlatmaq lazımdır - qəbul edilən hər bir qanun, hər bir dövlər proqramı cəmiyyətin fəal müdaxiləsi və dəstəyi şəraitində tam səmərəli həyata keçirilə bilər. Sosial baxımdan həssas, müəyyən fiziki qüsurları, əlilliyi olan uşaqlar, sadəcə övladlarımız hamısı cəmiyyətin dəstəyi, qayğısına ehtiyacı var. Dövlət tərəfindən həyata keçirilən tədbirlər, aparılan uğurlu islahatlar, iqtisadi, sosial və mədəni sahədə əldə edilmiş böyük nailiyyətlər uşaqların və onların ailələrinin vəziyyətinə müsbət təsir göstərmiş, bir çox sosial problemlərin həlli üçün etibarlı zəmin yaratmışdır. İqtisadiyyatın dinamik artımı sosial problemlərin həllinə güclü təkan verməklə, uşaq hüquqlarının dolğun təmin edilməsində əyani təcəssümünü tapır. Dövlət büdcəsi getdikcə daha çox sosial yönümlü xarakter daşıyır, maddi kapital insan kapitalına yönəlir, əhalinin sosial müdafiəsinə, təhsilin, səhiyyənin, mədəniyyətin, elmin, idmanın inkişafına daha çox vəsait ayrılır, bu sahədə yeni proqramlar qəbul olunur, idarəetmə təkmilləşdirilir. Sürətli iqtisadi inkişaf və sosial rifahın hökm sürdüyü cəmiyyətimizdə xalqımızın gələcəyi olan uşaqların problemlərinin həlli üçün daha geniş imkanlar yaradacaq.




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir