Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

Komitə sədri xanım H. Hüseynova Mərakeş Krallığında səfərdə olmuşdur

AILƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMITƏSI ILƏ MƏRAKEŞ KRALLIĞININ SOSIAL İNKIŞAF, AILƏ VƏ HƏMRƏYLIK NAZIRLIYI ARASINDA MEMORANDUM IMZALANMIŞDIR

2010-cu il 14-18 iyun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hüseynova Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik Məsələləri üzrə Naziri xanım Skallinin dəvəti ilə Rabata rəsmi səfər etmişdir. Səfərin ilk günü nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin Azərbaycan səfirliyindəki büstünün önünə əklil qoyaraq xatirəsini yad etmişlər. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Mərakeş Krallığının Sosial İnkişaf, Ailə və Həmrəylik nazirliyi arasında ailə, qadınların inkişafı və uşaqların müdafiəsi sahələrində əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. Mərakeş Krallığı ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi ailə, qadın, uşaq məsələlərində də əlaqələr özünəməxsus inkişaf etdirilir. Ölkələrimiz arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri möhtərəm İlham Əliyev cənabları və Mərakeş Krallığının Kralı Əlahəzrət VI Məhəmməd cənablarının bilavasitə təşəbbüsü və töhfəsi əsasında mümkün olmuşdur. Eyni zamanda, məlum olduğu kimi hər iki ölkədə ailə, qadın və uşaq məsələləri dövlətin daimi nəzarəti altındadır.

Memorandumda əməkdaşlığın inkişafı və dövlət proqramları çərçivəsində ailə, qadın və uşaqlara sosial yardım göstərmək, o cümlədən onların sosial müdafiəsinin gücləndirilməsinə dair məsələlərin siyasətə və inkişaf proqramlarına daxil edilməsi istiqamətində zəruri tədbirləri görmək nəzərdə tutulub. Həmçinin hər iki ölkədə ailə, qadın və uşaq məsələləri ilə bağlı hüquqi və sosial mexanizmlərin gücləndirilməsi, təkmilləşdirilməsi məqsədi ilə təhlillərin aparılması da Memorandumda qeyd olunub.

Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti ISESKO—nun baş katibi ilə görüş- Əbdüləziz bin Osman Əl Tüveycri tərəfindən də qəbul edilib. Görüşdə Azərbaycan Respublikasının ailə, qadın və uşaq siyasətinin inkişaf istiqamətləri müzakirə edilib, ölkənin Birinci xanımı Mehriban xanım Əliyevanın bu nüfuzlu beynəlxalq təşkilatla yüksək səviyyəli əməkdaşlığı xüsusilə vurğulanıb. Nümayəndə heyətinin Mərakeş Kralının bacısı xanım Lalə Məryəm ilə də rəsmi görüşü keçirilib.

Səfər çərçivəsində Mərakeş Qadın hüquqlarının Müdafiəsi üzrə Təşəbbüs Assosiasiyasının Fes şəhərində təşkil olunmuş “Əl Batha” çoxfunksiyalı ailə dəstək mərkəzi ilə tanışlıq da nümayəndə heyəti tərəfindən maraq doğurdu. Rəsmi səfər Azərbaycan səfirliyinin fəal təşkilatı dəstəyi ilə həyata keçirilib.

19.06.2010 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir