Heydər Əliyev"Uşaqlar müstəqil Azərbaycan Respublikasının parlaq gələcəyidir";   "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır…Qadın hərakatı böyük qüvvədir";   "Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur!"

Xəbərlər

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir

İyunun 1-də Bakının Xətai rayonu ərazisindəki Heydər Əliyev parkında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbirə orta ümumtəhsil məktəblərində və dövlət uşaq müəssisələrində oxuyan, həmçinin qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları cəlb olunmuşlar. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə gül dəstələri düzmüşlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Xətai rayon İcra hakimiyyətinin başçısı Razim Məmmədov uşaqları əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycan dövlətinin uşaqların müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışlar. Bildirilmişdir ki, uşaqların hüquq və azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşmasına, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilmişdir. Qeyd edilmişdir ki, bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanın inkişaf etdirilməsinə yönəldilmişdir.

Bayram tədbiri çərçivəsində uşaqlar arasında klounların iştirakı ilə bədii-əyləncəli proqram keçirilmişdir. Həmçinin, incəsənət ustaları və uşaq yaradıcılıq qrupları maraqlı konsert proqramı ilə çıxış etmişlər. Bayram süfrəsi arxasında davam edən tədbirdə uşaqlara hədiyyələr təqdim olunmuşdur

01.06.2010 | 




Baş xəbər 

Press-reliz 

Komitəmiz

Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 1998-ci il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə fəaliyyət göstərdiyi dövr ərzində bu sahədə mövcud olan problemlərin həlli istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir